UEFA Avropa çempionatının bombardiri ilə bağlı meyarları dəyişib
Futbol
- 13 iyul, 2024
- 09:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Almaniyada keçirilən Avropa çempionatının bombardiri ilə bağlı meyarları dəyişib.
"Report" "Mirror"a istinadən xəbər verir ki, mükafat vurulan qolların sayına görə öndə olan bütün oyunçulara veriləcək.
Əvvəl isə qolların sayında bərabərlik olanda, bombardir əlavə göstəricilərə əsasən müəyyənləşirdi.
Hazırda mükafata hərəyə 3 qol vuran 6 futbolçu iddia edir: Dani Olmo (İspaniya), Harri Keyn (İngiltərə), Jorj Mikautadze (Gürcüstan), Kodi Qakpo (Niderland), Camal Musiala (Almaniya), İvan Şrants (Slovakiya).
Qeyd edək ki, iyulun 14-də AVRO-2024-ün finalında İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Bu o deməkdir ki, Keyn və Olmonun bombardir üçün nəzərdə tutulan mükafatı qazanmaq şansı daha çoxdur.
Son xəbərlər
10:38
AAYDA: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır
İnfrastruktur
10:32
Umarali Raxmonaliyev: "Çempionlar Liqasında və Premyer Liqada yaxşı nəticə üçün mübarizə aparacağıq"
Futbol
10:16
Foto
"Bank Respublika" ADB-dən regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon dollar cəlb edib
Maliyyə
10:11
Foto
Azərbaycan və Türkiyə nağd pul dövriyyəsinin idarə olunmasını müzakirə edib
Maliyyə
10:10
DSMF: Sentyabrda sosial müavinət və təqaüd alanların sayı 885 min nəfəri ötüb
Maliyyə
10:03
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib
Biznes
10:01
Foto
Azərbaycan boksçuları U-15 Avropa çempionatını 10 medalla başa vurublar
Fərdi
10:00
Marian de Yonq: Niderland Azərbaycanla münasibətlərin inkişafı üçün növbəti addımı atmağa hazırdır - Müsahibə
Xarici siyasət
09:58
Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət