Türkiyədə futbol klubunun prezidenti matçdan sonra hakimi döyüb
Futbol
- 11 dekabr, 2023
- 21:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca Türkiyə Superliqasında "Rizəspor"la oyundan sonra meydana çıxaraq qarşılaşmanın baş hakim Halil Umut Melerin sifətinə zərbələr endirib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Zərbədən sonra baş hakim qazona yıxılıb və daha bir neçə zərbə alıb. H.U.Meler özü ayağa qalxa bilib. Onun sol gözünün altında qançır yaranıb. O, hakimlər otağında müalicə olunub.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.
Son xəbərlər
00:39
Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir
Digər ölkələr
00:18
SEPAH: Hörmüz boğazında dəniz minasına çırpılan iki tankerdə partlayış baş verib
Region
23:56
WSJ: Tramp seçkilərdən əvvəl Kanadadan gələn mallara tətbiq olunan rüsumların bir hissəsini ləğv edə bilər
Digər ölkələr
23:40
"Generali" sığorta şirkəti Almaniyada 800 iş yerini ixtisar edəcək
Digər ölkələr
23:31
Foto
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Xarici siyasət
23:24
ABŞ-də Hanter Baydenin işi üzrə FTB-nin keçmiş iki yüksək vəzifəli əməkdaşı həbs edilib
Digər ölkələr
23:13
BMT-də Azərbaycanın əlilliklə bağlı dövlət siyasətindən bəhs olunub
Xarici siyasət
22:58
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Digər ölkələr
22:53
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
Daxili siyasət