"Təbii ki, bir az həyacanlı idim. Qalib gəlmək istəyirdik. Komanda olaraq yaxşı mübarizə apardığımızı düşünürəm".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Rıdvan Yılmaz Qvineya yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunu barədə "TRT Spor"a açıqlamasında deyib.
20 yaşlı müdafiəçi daha yaxşı oynamaq üçün çalışacaqlarını bildirib: "Qarşıda Avropa çempionatı var. Orada daha yaxşı çıxış edəcəyik".
Yılmaz Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq qarşılaşmasına da toxunub. O, həmin görüşdə millidə debüt etdiyi üçün daha çox həyəcanlı olduğunu vurğulayıb: "Qvineyaya qarşı oyunda həyəcanımı bir az aşa bildim".
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir.