Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
  • 15 sentyabr, 2022
  • 13:08
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

"Niğde Anadolu" və "Kahramanmaraşspor" komandaları arasında Türkiyə Kubokunun I tur oyununda əllə qol vurulub.

"Report"un məlumatına görə, 57-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Murat Kurt topu qapıdan keçirib.

20 yaşlı hücumçu əli ilə fərqlənsə də, baş hakim Ramazan Doğanay qolu qeydə alıb.

Qeyd edək ki, rəqibini 3:2 hesabı ilə məğlub edən "Niğde Anadolu" növbəti mərhələyə yüksəlib.

44 - Tezliklə