"Turan Tovuz" millinin sabiq üzvünü transfer edib

"Turan Tovuz" millinin sabiq üzvünü transfer edib Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" ilk transferini gerçəkləşdirib.
Futbol
28 İyun , 2022 17:00
Turan Tovuz millinin sabiq üzvünü transfer edib

"Turan Tovuz" növbəti transferini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi müdafiəçi Tərlan Quliyevi transfer edib. Milli komandanın da şərəfini qorumuş 30 yaşlı oyunçu ilə imzalanmış müqavilənin müddəti 1 illikdir.

Tərlan Quliyevin son klubu "Şamaxı" olub.

Qeyd edək ki, "Turan Tovuz" bir gündə 4 transfer həyata keçirib. Klub daha əvvəl Kamal Bayramov, Şəhriyar Əliyev və Tərlan Əhmədlini heyətinə qatıb.

16:30

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, əyalət təmsilçisi ötən mövsümü "Sumqayıt"da keçirmiş qapıçı Tərlan Əhmədlini transfer edib.

28 yaşlı qolkiperlə 1 illik müqavilə bağlanıb.

11:10

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.

Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu "Şamaxı" olub.

Son xəbərlər

Orphus sistemi