"Traktor" Asiyanın ən populyar klubu oldu

"Traktor" Asiyanın ən populyar klubu oldu Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik “Traktor” Asiyanın ən populyar klubu seçilib. "Report" xəbər verir ki, bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib. Qurumun rəsmi saytında 2020-ci il ərzində aparı
Futbol
1145
3 Yanvar , 2021 10:50
Traktor Asiyanın ən populyar klubu oldu

Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik “Traktor” Asiyanın ən populyar klubu seçilib.

"Report" xəbər verir ki, bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib. Qurumun rəsmi saytında 2020-ci il ərzində aparılmış sorğuda finala yüksələn "Traktor" həlledici səsvermədə 51,14 faiz səs yığıb.

AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.

Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi