Toni Koskela: "Neftçi"nin orta xəttində keyfiyyətli oyunçular var"

Toni Koskela: "Neftçi"nin orta xəttində keyfiyyətli oyunçular var" "Evdə yaxşı oynayırıq. Meydan fərqlidir və fərqli şeylər edə bilərik. "Neftçi"nin orta xəttində keyfiyyətli futbolçular var. Bunları nəzərə almalıyıq".
Futbol
12 Avqust , 2021 09:53
Toni Koskela: Neftçinin orta xəttində keyfiyyətli oyunçular var

"Evdə yaxşı oynayırıq. Buradakı meydan fərqlidir. "Neftçi"nin orta xəttində keyfiyyətli futbolçular var. Bunları nəzərə almalıyıq".

"Report"un məlumatına görə, bu fikirləri Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Koskela "Neftçi"yə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu haqqında "İltalehti" nəşrinə açıqlamasında deyib.

38 yaşlı mütəxəssis ağ-qaraların evdə və səfərdə eyni üslubda oynadığını bildirib: "Bəlkə də rəqib müəyyən dəyişikliklər edə bilər. Məsələn, yarımmüdafiəçi Mamadu Kane son matçda cinah müdafiəçisi mövqeyində oynadı. Buna baxmayaraq inanmıram ki, onlar öz oyununu çox dəyişsin. "Neftçi"dəki bir neçə futbolçuya qarşı diqqətli olmalıyıq".

Qeyd edək ki, bu gün Helsinkidəki "Bolt Arena"da keçiriləcək HİK-Neftçi qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi