"Sumqayıt"ın yeni baş məşqçisi kollektivə təqdim olunub

"Sumqayıt"ın yeni baş məşqçisi kollektivə təqdim olunub "Sumqayıt" klubunun baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov klub prezidenti Riad Rəfiyev tərəfindən kollektivə təqdim olunub.
Futbol
15 Oktyabr , 2024 18:52
Sumqayıtın yeni baş məşqçisi kollektivə təqdim olunub

"Sumqayıt"ın baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov klub prezidenti Riad Rəfiyev tərəfindən kollektivə təqdim olunub.

"Report" xəbər verir ki, 35 yaşlı mütəxəssis komandanı ilk məşqinə çıxarıb.

Məşqi izləyənlər arasında klubun Müşahidə Şurasının sədri, "Azərikimya" İB-nin baş direktoru Elnur Məmmədli də olub. Vaqif Cavadov və futbolçularla məşqdən öncə söhbət edən Elnur Məmmədli onlara güvəndiyini bildirib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi