Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik.
"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov MOİK-ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Gənc mütəxəssis gərgin oyun izlədiklərini bildirib:
"Bir az gərgin oyun izlədik. Baxmayaraq ki, rəqibin bir-sıra baxımlı hücumları oldu. Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik. Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər Abbasov gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik".
Qeyd edək ki, "Sumqayıt" - MOİK görüşünün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda rəqib qapısına 2 dəfə yol tapan "gənclik şəhəri" təmsilçisi 3:1 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.