Stiven Jozef-Monroz: “Azərbaycan dəftərini qapamışam”

Stiven Jozef-Monroz: “Azərbaycan dəftərini qapamışam” “Karyeramın bundan sonrakı dönəmi üçün Azərbaycan dəftərini qapamışam”.
Futbol
27 Yanvar , 2023 16:26
Stiven Jozef-Monroz: “Azərbaycan dəftərini qapamışam”

“Karyeramın bundan sonrakı dönəmi üçün Azərbaycan dəftərini qapamışam”.

Bunu “Report”a açıqlamasında Azərbaycanda “Neftçi” və “Qəbələ”nin formasını geyinmiş fransalı futbolçu Stiven Jozef-Monroz deyib.

Ölkəsində III liqa təmsilçisi “Qazelek” klubunun formasını geyinən 33 yaşlı hücumçu yenidən Azərbaycanda oynamaq variantına müsbət yanaşmayıb: “Azərbaycanda keçirdiyim illər mənim üçün gözəl xatirələrdir. Həm “Qəbələ”, həm də “Neftçi”nin formasını geyinmiş olmaqdan şadam. Ancaq bundan sonra yenidən Azərbaycanda oynayacağımı düşünmürəm. Karyeramın son illərini Fransada, ailəmin yanında keçirmək istəyirəm”.

Monroz qış transfer dönəmində komandasını dəyişəcəyini də istisna etməyib. Ancaq o, yeni klubunun da Fransa təmsilçisi olacağını vurğulayıb.

Qeyd edək ki, Stiven Jozef-Monroz 2017-2019-cu illərdə “Qəbələ”nin, 2019-2021-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi