Son iki turda "Neftçi"nin qapısına beş penalti təyin olunub

Son iki turda "Neftçi"nin qapısına beş penalti təyin olunub Azərbaycan Premyer Liqasının son 2 turunda "Neftçi"nin qapısına 5 penalti təyin olunub.
Futbol
26 Avqust , 2022 22:04
Son iki turda Neftçinin qapısına beş penalti təyin olunub

Azərbaycan Premyer Liqasının son 2 turunda "Neftçi"nin qapısına 5 penalti təyin olunub.

"Report"un məlumatına görə, III turda "Sabah"la keçirilən matçda 3, IV turun "Zirə" ilə hazırda 1:1 hesabı ilə davam edən qarşılaşmasında 2 penalti təyin olunub.

Düzdür, "Zirə" ilə görüşdə baş hakim Elçin Məsiyev "Neftçi"nin qapısına təyin etdiyi penaltini 2 dəfə təkrarladıb. Buna səbəb qapıçı Aqil Məmmədovun qaydalara zidd olaraq xəttdən önə çıxması olub. Məmmədov "Zirə"nin hücumçusu Hamidu Keytanın ilk zərbəsini dəf etsə də, 54-cü dəqiqədə təkrar təyin olunan penalti zamanı bunu bacarmayıb.

Qeyd edək ki, "Sabah"la oyunda Aleksey İsayev 78, Emanuel Apeh 90+1-ci dəqiqədə "Neftçi"yə penaltidən qol vurub. Kristian Sebalyosun 37-ci dəqiqədə penalti zərbəsinə isə "Neftçi"nin xorvat qapıçısı İvan Brkiç mane olub. Görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi