Sky Sports: “Mançester Yunayted”in futbolçuları baş məşqçilərinin hərəkətlərindən məyusdurlar

Sky Sports: “Mançester Yunayted”in futbolçuları baş məşqçilərinin hərəkətlərindən məyusdurlar “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yetirmələrinin etimadını tədricən itirir.
Futbol
5 Dekabr , 2023 04:09
Sky Sports: “Mançester Yunayted”in futbolçuları baş məşqçilərinin hərəkətlərindən məyusdurlar

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yetirmələrinin etimadını tədricən itirir.

“Report” xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilib ki, Ten Haq komandasının 50 faizinin etibarını itirib. Bunun baş verməsinin əsas səbəbi kimi onun oyunçuların narahatlıqlarına qarşılıq verməməsi, həmçinin Ceydon Sançonu komandadan qovması göstərilib.

Bəzi futbolçuların komandada başverənləri anlamadığı bildirilir. Bir çoxları oyun tərzindən də narazıdırlar. Həmçinin çox məşq etdiklərini və çox qaçdıqlarını düşünürlər. Futbolçular bunun niyə baş verdiyini anlamırlar.

Bundan əlavə, “qırmızı şeytanlar”ın bəzi təcrübəli oyunçuları Erik ten Haqla komandada bəzi şeylərin doğru yöndə inkişaf etmədiyi barədə danışıblar. Onlar ona böyük klublarda oynamaq təcrübələrindən danışıblar və hesab edirlər ki, məşqçi futbolçulara qarşı daha humanist olmalıdır.

Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə 14 oyundan 24 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” lider “Arsenal”dan 9 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi