Serbiya millisi Bakıya itkilərlə gəlir
Futbol
- 28 mart, 2021
- 12:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə dünya çempionatının seçmə oyunu üçün Bakıya yola düşüb.
"Report"un Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, qonaq komanda paytaxt Belqradı itkilərlə tərk edib.
Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə səbəbindən yığmanı tərk edib. İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə ötən gün Portuqaliya ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə qırmızı vərəqə alıb.
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlanacaq.
Son xəbərlər
20:04
Foto
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - Yenilənib
Xarici siyasət
19:55
Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb
Digər ölkələr
19:45
Cəlilabad rayonunun bir hissəsi susuz qalıb
İnfrastruktur
19:37
İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb
Xarici siyasət
19:19
İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb
Digər ölkələr
19:18
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya
19:16
Foto
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb
ASK
19:04
ABŞ 14 ticarət tərəfdaşına qarşı yeni rüsumlar tətbiq etməyi təklif edib
Digər ölkələr
18:50
Xalq artisti Elmira Şabanova vəfat edib
Digər