"Sent Patriks Atletik" klubunun baş məşqçisi: Məğlub olsaq, bunu normal qarşılayacağıq

"Sent Patriks Atletik" klubunun baş məşqçisi: Məğlub olsaq, bunu normal qarşılayacağıq Məğlub olsaq bunu normal qarşılayacağıq.
Futbol
14 Avqust , 2024 18:51
 Sent Patriks Atletik klubunun baş məşqçisi: Məğlub olsaq, bunu normal qarşılayacağıq

Məğlub olsaq, bunu normal qarşılayacağıq.

"Report" xəbər verir ki, bunu İrlandiyanın "Sent Patriks Atletik" klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la cavab matçından öncə mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis qələbəyə ümid etdiklərini bildirib:

"Uzun məsafə qət edərək, Azərbaycana gəldik. Bir az yorğunluq var. Bununla belə, "Sabah"la görüşə yaxşı hazırlaşmışıq. Məqsədimiz qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdır. Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündür".

Qeyd edək ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi