Şəhriyar Əliyev Azərbaycan çempionatlarında yubiley oyununu keçirib
Futbol
- 25 sentyabr, 2023
- 11:55
“Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev Azərbaycan çempionatlarında yubiley oyununu keçirib.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitan Premyer Liqada 250-ci oyununa çıxıb.
Bu, VII turda “Sumqayıt”la keçirilən səfər oyununa (0:0) təsadüf edib. 31 yaşlı mərkəz müdafiəçisi bu müddət ərzində 11 qol vurub.
Ş.Əliyev ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur. Premyer Liqada 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edən müdafiəçi indiyə qədər 6 klubun formasını geyinib. Paytaxtın eyniadlı komandasında 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (4 qol) forma geyinib.
Son xəbərlər
06:06
Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
Digər ölkələr05:45
KİV: Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır
İqtisadiyyat05:20
Video
Donald Tramp UFC döyüşçüsü ilə rinqdən video bölüşüb
Fərdi04:55
Malatyada mikroavtobus aşıb, ölən və yaralananlar var
Region04:29
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər
Digər04:01
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Energetika03:35
Möhsün Rzayi: ABŞ məğlubiyyətə məhkumdur
Region03:17
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Hadisə03:08