Səfər matçına çıxmayan Azərbaycan klubunun cəzası bəlli olub

Səfər matçına çıxmayan Azərbaycan klubunun cəzası bəlli olub Azərbaycan II Liqasının VII turunda "Şəfa" ilə matçda meydana çıxmaqdan imtina edən "Lerik" klubunun cəzası bəlli olub.
Futbol
21 Oktyabr , 2024 14:54
Səfər matçına çıxmayan Azərbaycan klubunun cəzası bəlli olub

Azərbaycan II Liqasının VII turunda "Şəfa" ilə matçda meydana çıxmayan "Lerik" klubunun cəzası bəlli olub.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cənub təmsilçisi səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.

Bundan başqa, Vidadi Hüseynovun baş məşqçisi olduğu klub 300 manat cərimələnib.

Qeyd edək ki, "Lerik" II Liqada 7 xalla 10-cu sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi