"Səbail"in baş məşqçisi hakim idarəçiliyindən narazı qalıb

"Səbail"in baş məşqçisi hakim idarəçiliyindən narazı qalıb "Oyun haqqında çox danışmaq istəmirəm. Məğlub olduq. Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, işimiz getdikcə çətinləşəcək".
Futbol
16 Oktyabr , 2021 17:51
Səbailin baş məşqçisi hakim idarəçiliyindən narazı qalıb

"Oyun haqqında çox danışmaq istəmirəm. Məğlub olduq. Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, işimiz getdikcə çətinləşəcək".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis futbolçuların əziyyətinə görə heyfinin gəldiyini bildirib: "Ardıcıl olaraq üçüncü dəfə süni ot örtüyündə oynamaq və məşq etmək çətindir. Bundan sonra "Qarabağ"la oyun da burada olacaq. Çempionatdakı fasilədə bir neçə futbolçunun zədələnməsi və məşqi buraxmasına görə əziyyət çəkdik. Problemlərimizdən çox danışmaq istəmirəm. İlk hissə bizə siqnal verildi ki, müdafiədə boşluqlar var. Oyunçuların verilən tapşırığı düzgün yerinə yetirməməsi asanlıqla sezilirdi. Fasilədə düzəliş etmək istədik. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik. Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır. Orada cərimə zərbəsi var idimi? Buna baxmaq lazımdır".

Hacıyev oyunun sonlarında rəqibin müdafiədəki boşluqlardan istifadə etdiyini söyləyib: "Keşlə"nin hücum xəttində kifayət qədər geniş seçim var. Biz isə Rauf Əliyev sarı vərəqə alsa da, meydanda saxlamağa məcburuq. İkinci hücumçumuz yoxdur. Oyunumuzda fərq hiss etdirməməyə çalışdıq. Amma rəqib keyfiyyət baxımından üstün idi. Onları təbrik edirəm".

Baş məşqçi yığma komandanın oyunları ilə əlaqədar yaranan fasilənin komandanın işinə yaramadığını sözlərinə əlavə edib: "Adil Nağıyev "Neftçi" ilə oyunda zədələndiyi üçün bir həftə məşq etmədi. Əslində, "Neftçi" ilə görüşün yerinin dəyişdirilməsində narahat idim. Amma başqa əlac da yox idi. Onların meydanı təmirə bağlanmışdı. Ardıcıl süni ot örtüyündə oynamaq oyunçular üçün çətin olur".

Mütəxəssis buraxdıqları qol epizodunda qapıçı Kamran Ağayevlə dialoqu barədə də danışıb: "Onu çağırmağımda səbəb odur ki, Kamran müzakirə aparmalı deyil. Rəqib tez başlayıb, qol vura bilərdi. Hansı ki, bunu etmək istədilər. Belə hallarda qapıçı müzakirə aparmamalı və yerinə qayıtmalıdır. Mən də bunu kənardan hiss edirdim. Orada cərimə zəribəsi var idimi? Rauf Cabarov oyunu yaxşı səviyyədə idarə etməyə çalışsa da, alınmadı. Bəzən birtərəfli qərarlar görsənirdi. Məncə, birinci qolda rəqib Kamranı itələyib cərimə meydançasından çıxartdı. Bütün hallarda "Keşlə" daha istəkli idi. Qələbələrinə kölgə salmaq istəmirəm".

Son xəbərlər

Orphus sistemi