Samir Abasov: "Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular"

Samir Abasov: "Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular" "Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.
Futbol
2 Oktyabr , 2021 21:27
Samir Abasov: Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular
Samir Abbasov

"Bu gün Vüsal Əsgərov hansısa səbəbdən oynamırdı. Limit üçün Mert Çelik də var idi. Sabir Buqrini də start heyətdə meydana buraxa bilərdik. Vüsal məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün meydana çıxıb. Sadəcə, onun bu cür oyunlarda təcrübəsi azdır".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Mert Çelik və Emin Mahmudovun yığmaya çağırıldığını xatırladıb: "Kimlərin çağırılma ehtimalı olduğunu bilirik. Əcnəbi oyunçuların bir neçəsi öz milli komandalarına dəvət alıb".

Abasov "Səbail"lə görüşün sonlarında futbolçularda özünə arxayınlığın olduğunu sözlərinə əlavə edib: "Meydana çıxan futbolçular da qol vurmaq istəyir. Rəqib son dəqiqələrdə bütün qüvvə ilə irəli atıldı. Bunu hesaba görə normal başa düşürəm. Meydana sonradan daxil olanlar ancaq irəlini düşünürdülər".

Baş məşqçinin sözlərinə görə, yeni transferlər süni ot örtüyünü görəndə qorxublar: "Bu gün heyəti həm də meydan amilinə görə də qurmuşduq. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun tempi aşağı düşürdü".

Son xəbərlər

Orphus sistemi