Samir Abasov: "Makkabi" əvvəlki rəqiblərimizə nisbətən daha çətindir"

Samir Abasov: "Makkabi" əvvəlki rəqiblərimizə nisbətən daha çətindir" "Sabahkı oyunun çətinliyindən və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacarığımızı meydanda qoymaq istəyirik".
Futbol
18 Avqust , 2021 19:41
Samir Abasov: Makkabi əvvəlki rəqiblərimizə nisbətən daha çətindir
Samir Abasov

"Sabahkı oyunun çətinliyi və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacardığımızı meydanda qoymaq istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Hayfa təmsilçisinin çox çətin rəqib olduğunu bildirib: "Əvvəlki rəqiblərimizə nisbətən "Makkabi" daha çətindir. Heyətdə təhlükəli oyunçuları çoxdur. Lakin biz bunu hazırıq. İnanıram ki, əlimizdən gələni edəcəyik".

Abasov müəyyən məqamların onları narahat etdiyini sözlərinə əlavə edib: "Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən, proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Oyuna nə qədər hazır olacaqlarını bilmirəm. Sabir Buqrin və Sezar Meza Kolli sabah meydanda olacaq. Hər şeyi oyunda görəcəyik. Huqo Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Ehtiyat oyunçular skamyasında yer ala bilər. Çox güman ki, oynamayacaq".

Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Makkabi" (Hayfa) görüşü saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi