“Sabah” nigeriyalı hücumçu icarəyə götürüb

Futbol
  • 15 avqust, 2023
  • 13:49
“Sabah” nigeriyalı hücumçu icarəyə götürüb

“Sabah” nigeriyalı futbolçu Oluvaseun Timilehini icarəyə götürüb.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 yaşlı hücumçu ölkəsinin “Dino Sportinq” klubundan birillik icarəyə götürülüb.

Timilehin əsasən “Sabah”ın əvəzedici komandasında çıxış edəcək.