"Sabah"ın əcnəbi məşqçisi "Neftçi" ilə oyunda təhqiredici jest edib

"Sabah"ın əcnəbi məşqçisi "Neftçi" ilə oyunda təhqiredici jest edib Görüşdən sonra futbolçulardan yalnız Sabir Buqrin aktivinə sarı vərəqə yazılıb
Futbol
26 Aprel , 2021 17:41
Sabahın əcnəbi məşqçisi Neftçi ilə oyunda təhqiredici jest edib

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş "Sabah" - "Neftçi" matçının protokolunu yeniləyib.

"Report"un məlumatına görə, yekun protokola əsasən, görüşdə futbolçulara 16, məşqçilərə 3 sarı vərəqə göstərilib.

"Sabah"ın 3 üzvü - Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə və Filip İvanoviç matç ərzində ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hər iki komandanın baş məşqçiləri də oyundan sonra sarı vərəqə ilə cəzalandırılıb. "Neftçi"dən Samir Abasov, meydan sahiblərindən isə Ramin Quliyev qeyri-idman hərəkətinə görə cəza alıb.

"Sabah"ın məşqçisi Miloş Jevtic isə qarşılaşmanın ardından təhqiredici jest edib. Sloveniyalı mütəxəssisin bu səbəbdən ağır cəza alacağı gözlənilir. O, görüşdə ikinci "sarı"nın ardından qırmızı vərəqə alan 4-cü şəxs olub. Yevtiç ilk "sarı"nı 89-cu dəqiqədə baş hakimə etiraz etdiyi üçün alıb.

Görüşdən sonra futbolçulardan yalnız "Neftçi"də çıxış edən Sabir Buqrin passivinə sarı vərəqə yazılıb. O, hakimin qərarına etiraz etdiyi üçün cəza ilə üzləşib. Buqrin mövsümdə 4-cü vərəqəni alması səbəbindən növbəti tur "Keşlə" ilə səfər oyununu buraxmalı olacaq.

Görüşdə ümumilikdə 23 dəfə vərəqə göstərilib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. AFFA oyunun hakimləri ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi