“Sabah”ın koordinatoru: İspaniyada bizdən daha güclü komandalar var idi

“Sabah”ın koordinatoru: İspaniyada bizdən daha güclü komandalar var idi İspaniyada bizdən daha güclü komandalar var idi. Bizim qrupda ən güclüsü “Atletiko” klubu idi. Bunu “Report”a açıqlamasında, “Sabah”ın koordinatoru Təbriz Həsənov klubun nəzdindəki U-10 komandasının İspaniyadakı “MadCup”, U-12-nin isə Türkiyədəki Yiğ
Futbol
1 İyul , 2024 13:58
“Sabah”ın koordinatoru: İspaniyada bizdən daha güclü komandalar var idi

İspaniyada bizdən daha güclü komandalar var idi. Bizim qrupda ən güclü “Atletiko” klubu idi.

Bunu “Report”a açıqlamasında “Sabah”ın koordinatoru Təbriz Həsənov klubun nəzdindəki U-10 komandasının İspaniyadakı “MadCup”, U-12 komandasının isə Türkiyədəki Yiğit Demirel beynəlxalq turnirlərindəki çıxışları haqda danışarkən deyib.

Mütəxəssis İspaniyada daha güclü rəqiblərin olduğunu vurğulayıb:

“Rizəyə getməli olduğum üçün Madridə yollana bilməmişdim. Amma komandamız İspaniyada yaxşı çıxış etdi. Dünya səviyyəli turnir idi. 100-ə yaxın komanda vardı. Onlar iki - Qızıl və Gümüş Liqaya bölünmüşdülər. U-10 komandamızın oyunlarını canlı izləmək imkanım vardı. “MadCup”da ilk dəfə çıxış edirdik. Təbii ki, nəticəni qənaətbəxş saymaq olar. Gümüş Liqada ikinci yer tutmaq uşaqlar üçün böyük nailiyyətdir”.

T.Həsənov Türkiyədəki yarışda 8 klubun iştirak etdiyini söyləyib:

“Rizədə bu turnir hər il keçirilir. Keçən il 2011 təvəllüdlü futbolçularımız orada çempion olmuşdular. Bu il yarışda bizimlə yanaşı, Türkiyənin “Trabzonspor”, “Samsunspor”, “Çaykur Rizəspor”, Qazaxıstanın “Astana”, Gürcüstanın “Dinamo” (Batumi) və başqa bir klubu, həmçinin Estoniyanın “Nımme Yunayted” komandaları iştirak edirdi. Format belə idi ki, hər qrupdan ilk iki yeri tutanlar çıxdıqdan sonra qalan dörd komanda öz aralarında yarışırdı. Biz yalnız “Samsunspor”a uduzduq, qalan bütün oyunlarda qələbə qazanıb çempion olduq”.

Klub rəsmisi daha bir neçə yarışa dəvət aldıqlarını nəzərə çatdırıb:

“Yeni mövsümün planlarına uyğun hərəkət edəcəyik. Əlbəttə, yarışlara dəvət var, onları dəyərləndirəcəyik. Hələ seçim edirik. Bəzən görürüsən ki, iki turnir eyni vaxta düşür. Son olaraq Belarusdan dəvət gəlib. Amma hazırlığımızın yarışın start tarixinə düşməsinə görə dəyərləndirməmişik. Uşaqları avqustda toplayacağıq. Qətərdən təklif gələ bilər. Gürcüstanda beynəlxalq turnirə dəvət olunmuşuq. Yaxşı turnirləri dəyərləndirəcəyik. Çünki uşaqlar inkişaf edir. Məsələn, son turnirdə Estoniya komandaları məni heyrətləndirdi. Turnirlərdə nələrsə görürsən, götürürsən. İstənilən halda, müəyyən təklifləri dəyərləndirəcəyik”.

Son xəbərlər

Orphus sistemi