"Sabah"ın baş məşqçisi: "Rəhbərliyin dəstəyi komandaya inam verir"

"Sabah"ın baş məşqçisi: "Rəhbərliyin dəstəyi komandaya inam verir" “Oyuna 3 xal üçün köklənmişdik, qalib gəlmək istəyirdik. “Matçın axarı normal idi, sadəcə müdafiədə buraxdığımız bir səhv ümumi vəziyyəti dəyişdi. Buna baxmayaraq, uşaqların bugünkü əzmkarlığı hesabda geridə olan komandanın oyunu çevirməsinə gətirib çıxar
Futbol
18 Sentyabr , 2021 21:55
Sabahın baş məşqçisi: Rəhbərliyin dəstəyi komandaya inam verir
Ramin Quliyev

“Oyuna 3 xal üçün köklənmişdik, qalib gəlmək istəyirdik. “Matçın axarı da normal idi, sadəcə müdafiədə buraxdığımız bir səhv ümumi vəziyyəti dəyişdi. Buna baxmayaraq, uşaqların bugünkü əzmkarlığı hesabda geridə olan komandanın oyunu çevirməsinə gətirib çıxardı. Deyərdim ki, hətta qalib də gələ bilərdik".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəsis İlk 3 turda qol vura bilmədiklərini xatırladıb. "Bu gün meydanda tam fərqli “Sabah” gördüm. Həddindən artıq qalib gəlmək istəyi var idi. Bu da sevindirici haldır. 3 xal üçün oynasaq da, “Zirə” kimi rəqibdən 1 xal almaq da normal nəticədir”.

Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- İstəkli “Sabah”ı əsasən ikinci hissədə gördük. İlk yarıda bunu sərgiləyə bilməməyiniz nə ilə bağlı idi?
- Sizinlə tamamilə razıyam. “Qəbələ” ilə görüşdə də qol buraxdıqdan sonra hücuma keçdik. Hesab 0:0 olanda hamı sığortalı oyun göstərmək istəyir, nədənsə bir balaca çəkinir. Qol buraxdıqdan sonra hücumların kəsərini artırırsan. Biz də hücumların kəsərini artırdıq. Ancaq bu da risklidir. “Qəbələ” ilə matçda ikinci qolu belə buraxdıq. Bu gün də eyni hal təkrarlana bilərdi. Sadəcə, hücumda daha aktiv görünürdük, nəticədə qol gəldi.

- Bu gün ilk qolu vurdunuz və ilk xalı qazandınız. Bu amil “Neftçi” ilə qarşıdakı oyun üçün nə dərəcədə stimul ola bilər?
- Bəli, əvvəlki oyunlarda qol da vura bilməmişdik. Rodriges və Skuletiçin hələ komandaya tam qayıtmamasının da burada rolu var. Bu gün əsas problemimiz keyfiyyətli hücumçularımızın olmamasıdır. Rodriges də, Skuletiç də artıq kollektivlə məşqlərə qoşulub. Növbəti turda onların hər ikisini görəcəyik. Hücumda dişsizliyimiz görünürdü.

- Matçdan əvvəl söz-söhbət gəzirdi ki, uduzsanız, istefa verəcəksiniz. Qazanılan ilk xal bu söz-söhbətə son qoyacaq, yoxsa həmin qorxu davam edir?
- Bu söhbət çox təkrarlanır. Məni buraya gətirən rəhbərlik var. Bir həftə boyu da, bu gün də onların dəstəyini artıqlaması ilə görürəm. Məğlubiyyətlərə baxmayaraq, rəhbərliyin dəstəyi komandaya inam verir. İnanıram ki, komanda bu vəziyyətdən çıxacaq. 4 oyuna 1 xal qazanmaq nələrsə etdiyimiz demək deyil. Amma rəhbərliyin mənə, mənim də komandaya inamım çoxdur.

Son xəbərlər

Orphus sistemi