“Sabah” akademiyasının koordinatoru: Azərbaycanda hazırda yaxşı formada olan iki gənc qapıçı var

“Sabah” akademiyasının koordinatoru: Azərbaycanda hazırda yaxşı formada olan iki gənc qapıçı var Gələcəkdə əsas yığmaya dəvət oluna biləcək qapıçıların taleyi sual altındadır.
Futbol
6 Sentyabr , 2024 17:43
“Sabah” akademiyasının koordinatoru: Azərbaycanda hazırda yaxşı formada olan iki gənc qapıçı var

Azərbaycanda hazırda yaxşı formada olan iki gənc qapıçı var.

Bunu “Report”a açıqlamasında “Sabah”ın akademiyasının qapıçılar üzrə koordinatoru vəzifəsində çalışan Xəyal Zeynalov ölkə futbolunda qapıçı problemi barədə danışarkən deyib.

O, hazırda iki gənc qapıçının yaxşı formada olduğunu bildirib:

“Gələcəyin komandası deyəndə, ilk növbədə gənc və perspektiv vəd edən oyunçular düşünülür. İsveçlə dünənki oyunda belələri var idi? Bu gün Millətlər Liqasında risk edib yeni heyət hazırlamırıqsa, deməli, sözlərlə əməl uyğun gəlmir. Azərbaycanda hazırda yaxşı formada olan iki gənc qapıçı var - Rza Cəfərov və Yusif İmanov. Premyer Liqada da cəmi 2-3 yerli qapıçı oynayır, qalanları əcnəbilərdir. Bu da o deməkdir ki, gələcəkdə əsas yığmaya dəvət olunacaq qapıçıların taleyi sual altındadır. Avropa çempionu olmuş məşqçi gəlib perspektivdən danışırsa və ortada heç nə olmursa, deməli, dəyişən bir şey yoxdur. Belə çıxır, Şahruddin Məhəmmədəliyev sabah qolundakı zədəni sağaltsa, gəlib millinin qapısını qoruyacaq? 30 yaşlı oyunçunu gənc sayırıqsa, bu başqa məsələ. Bəs gənclər harada inkişaf etməlidirlər? Haradansa başlamaq lazımdır”.

42 yaşlı mütəxəssis düşüncə və yanaşmanın dəyişməsinin vacibliyini vurğulayıb:

“Sıfırdan başlamaq üçün hər şeyi sıfırlamaq lazımdır. Beyin, düşüncə, yanaşma - hamısını dəyişməliyik. Məsələn, U-21-in məşqçiləri niyə seçim aparmırlar? Gənc qapıçıların böyük əksəriyyəti əsas heyətdə oynamırlar”.

“Kəpəz”in sabiq qapıçısı gənclərə şans verməyin vacibliyini vurğulayıb:

“Qapıçılarla bağlı fikirlərim konkretdir. Mehdi Cənnətov Premyer Liqada nə edir ki? “Sumqayıt”ı “cənnətə” göndərən elə odur də. Ondansa, millidə gənclərə şans versinlər. Bu, hələ qapı ilə bağlı problemdir. Ümumiyyətlə, milli ruhu diriltmək lazımdır. Motivasiya olmaq, yumruq kimi birləşmək lazımdır".

Son xəbərlər

Orphus sistemi