Baş məşqçi futbolçulara əllə salamlaşmağı qadağan edib

Baş məşqçi futbolçulara əllə salamlaşmağı qadağan edib Rusiyanın Ufa futbol klubunun təcili iclasında qrip epidemiyası ilə əlaqədar yeni qayda tətbiq olunub.
Futbol
23 Yanvar , 2020 15:41
Baş məşqçi futbolçulara əllə salamlaşmağı qadağan edib

Rusiyanın "Ufa" futbol klubunun təcili iclasında qrip epidemiyası ilə əlaqədar yeni qayda tətbiq olunub.

"Report"un "Pro Sport Story"ya istinadən verdiyi məlumata görə, baş məşqçi Vadim Yevseyev komandada yayıla biləcək xəstəliyin qarşısını almaq üçün futbolçuların bir-biri ilə əllə salamlaşmasını qadağan edib.

Hazırda bir neçə futbolçusu məzuniyyətdə olan komanda Kiprdə təlim-məşq toplanışı keçir. "Ufa" Rusiya Premyer Liqasında geridə qalan 19 turdan sonra 25 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu komandanın qış fasiləsindən sonra ilk oyunu səfərdə "Krasnodar"a qarşı olacaq. Hələlik qrip epidemiyası ilə əlaqədar martın 1-də keçirilməli olan həmin görüşün təxirə salınmaq ehtimalı müzakirə edilmir.

Qeyd edək ki, "Ufa" klubunun heyətində iki azərbaycanlı futbolçu - Azər ƏliyevTurqay Möhbaliyev də çıxış edir.

Son xəbərlər

Orphus sistemi