Rusiyada İngiltərə Premyer Liqasının yayımı dayandırıla bilər

Futbol
  • 03 mart, 2022
  • 15:37
Rusiyada İngiltərə Premyer Liqasının yayımı dayandırıla bilər

Futbol üzrə İngiltərə Premyer Liqasının oyunları Rusiyada yayımlanmaya bilər.

"Report"un məlumatına görə, bu barədə liqanın icraçı direktoru Riçard Masters özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, hazırda bu istiqamətdə iş gedir: "Biz müqavilənin dayandırılması və ya xitam verilməsi məsələsini çox diqqətlə nəzərdən keçiririk".

Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 27 turdan sonra 66 xalı olan "Mançester Siti" başçılıq edir.