Rusiya və Tailand arasında yoldaşlıq görüşü qasırğaya görə təxirə salınıb

Futbol
  • 07 sentyabr, 2024
  • 03:40
Rusiya və Tailand arasında yoldaşlıq görüşü qasırğaya görə təxirə salınıb

Vyetnam Futbol Federasiyası “Yaqi” super qasırğasının yaxınlaşması ilə əlaqədar Hanoyda yoldaşlıq turniri çərçivəsində Rusiya və Tailand yığmaları arasında keçiriləcək oyunu təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə “Thanh Nien” məlumat yayıb.

Görüş sentyabrın 7-də “My Dinh” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.

Qeyd olunub ki, hazırda matçın sentyabrın 8-də eyni vaxtda keçirilməsi müzakirə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti