Ronalduya "donuz" deyən stadion diktoru cərimələnib

Ronalduya "donuz" deyən stadion diktoru cərimələnib Portuqaliya Futbol Federasiyası "Draqau" stadionunun diktoru Fernandu Saulu 1 430 avro məbləğində cərimələyib
Futbol
732
30 İyul , 2021 16:39
Ronalduya donuz deyən stadion diktoru cərimələnib

Portuqaliya Futbol Federasiyası "Draqau" stadionunun diktoru Fernandu Saulu 1 430 avro məbləğində cərimələyib.

"Report"un məlumatına görə, buna diktorun İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu və onun ailəsini təhqir etməsi səbəb olub.

"Portu" klubunun əməkdaşı Turin təmsilçisinə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra instaqramda 36 yaşlı hücumçunun ünvanına təhqirəmiz ifadələr yazıb: "Biz italyan oğrulardan, donuz Ronaldudan "Draqau"da etdiyi hərəkətə görə intiqam aldıq. Dolores (futbolçunun anası = red.) və dişsiz ailəsindən video gözləyirəm"!

Qeyd edək ki, Portudakı ilk matçda 1:2 hesabı ilə uduzan "Yuventus" evdəki cavab görüşündə 3:2 hesablı qələbə qazansa da, turnirdə mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi