Ronaldu autizmli uşağın telefonunu sındırdığı üçün məhkəməyə veriləcək

Ronaldu autizmli uşağın telefonunu sındırdığı üçün məhkəməyə veriləcək İngiltərə "Mançester Yunayted"inin 14 yaşlı azarkeşi Cey Hardinqin anası Sara Kelli komandanın futbolçusu Kriştianu Ronaldunu məhkəməyə verməyə hazırlaşır.ir.
Futbol
23 Avqust , 2022 19:26
Ronaldu autizmli uşağın telefonunu sındırdığı üçün məhkəməyə veriləcək

İngiltərə "Mançester Yunayted"inin 14 yaşlı azarkeşi Cey Hardinqin anası Sara Kelli komandanın futbolçusu Kriştianu Ronaldunu məhkəməyə verməyə hazırlaşır.

"Report"un "The Sun" nəşrinə istinadən məlumatına görə, buna səbəb portuqaliyalı hücumçunun ötən mövsüm evdə "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.

37 yaşlı forvard fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.

Kellinin sözlərinə görə, onun əsas istəyi Ronaldunun törətdiyi əmələ görə cavab verməsidir: "Ədalətə qovuşmağın yeganə yolu mübarizəni davam etdirməkdir".

Hardinqin anası hadisəyə görə futbolçunun 200 funt sterlinq məbləğində cərimələndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi