Roberto Martines: Türkiyəyə 3:0 hesabı ilə qalib gəlmək bizim üçün vacib idi

Roberto Martines: Türkiyəyə 3:0 hesabı ilə qalib gəlmək bizim üçün vacib idi Bu hesabla qalib gəlmək bizim üçün vacib idi.
Futbol
22 İyun , 2024 22:53
Roberto Martines: Türkiyəyə 3:0 hesabı ilə qalib gəlmək bizim üçün vacib idi

"Bu hesabla qalib gəlmək bizim üçün vacib idi".

"Report" xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Türkiyəyə qalib gəldikləri (3:0) Avropa çempionatının qrup mərhələsinin oyunundan sonra "Sport TV"yə açıqlamasında deyib.

Mütəxəssis həmişə inkişaf etmək istədiklərini bildirib: "Bu gün yaxşı müdafiə olunduq. Çexiya ilə ilk görüş çətin keçmişdi. Bir çox futbolçumuz start heyətində oynamağa layiqdir. Yığmada hər oyunçunun mühüm rolu var".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi