Rivaldo 43 yaşında futbola qayıdıb
Futbol
- 08 iyul, 2015
- 10:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 iyul. REPORT.AZ/ Braziliyanın 2-ci liqasında çıxış edən "Moqi Mirim" futbol klubunun prezidenti Rivaldo yenidən yaşıl meydanlara qayıdıb. "Report"un məlumatına görə, sabiq hücumçu "Nautiko" ilə keçirilən matçda forma geyinib.
O, 68 dəqiqə meydanda qalıb. Rivaldonun meydanda olduğu müddətdə 0:1 hesabı ilə geridə olan "Moqi Mirim" 43 yaşlı futbolçunun əvəzlənməsindən sonra 2 qol vuraraq qələbə qazanıb.
Oyundan sonra jurnalistlərə açıqlama verən Rivaldo gənclərə nümunə olmaq üçün bu cür addım atdığını deyib: "Bir il 3 aylıq fasilədən sonra yenidən meydana qayıtdım. 20 gündür ki, məşqlərə start vermişəm".
Qeyd edək ki, braziliyalı Rivaldo 2014-cü ildə futbolçu karyerasını başa vurub.
Son xəbərlər
15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb
Maliyyə
15:56
Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub
Turizm
15:55
Oman korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb
Digər ölkələr
15:53
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub
Futbol
15:51
Foto
Azərbaycan və Kot-d'İvuar arasında münasibətlərin inkişafı müzakirə edilib
Xarici siyasət
15:51
Azərbaycanda su kanalları ilə bağlı həyata keçirilən işlər açıqlanıb
İnfrastruktur
15:48
"Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: "Qrupdan çıxmaq şansımız öz əlimizdədir"
Komanda
15:47
AMB: Kibertəhlükəsizlik insidentlərindən sonra sistemlər təkrar auditdən keçirilməlidir
İKT
15:46
Seneqal korrupsiya ilə mübarizədə Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır
Xarici siyasət