Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu" "Danışılacaq nəsə yoxdur. Rəqib bizdən üstün idi".
Futbol
18 Sentyabr , 2022 22:36
Rəşad Sadıqov: Qarabağ nə vururdusa, hamısı qol olurdu

"Danışılacaq çox şey yoxdur. Rəqib açıq-aşkar bizdən üstün idi. İlk hissədə oyun düşündüyümüz kimi gedirdi. Fasilədən sonra istədiyimiz alınmadı. Nəticədə böyük hesabla məğlub olduq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qarabağ"a 1:7 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin böyük motivasiya və istəklə oynadığını bildirib: "Belə məğlubiyyətin bir çox səbəbləri var. Birinci qolu buraxmağımız an rəqibdə inam artdı. Kobud səhvlərimiz oldu. "Qarabağ" 8 qol epizodu yaratdı və bunların 7-si dəqiq alındı. Rəqib nə vururdusa, hamısı qol olurdu. Ramil Şeydayevin epizodundan başqa boşa verilən qol anı xatırlamıram".

Sadıqov Ağdam təmsilçisinin bu gün qarşısıalınmaz olduğunu söyləyib: "Hesabın böyük olmaması üçün müəyyən dəyişikliklər etdik. Amma alınmadı. Müdafiədə boşluqlar var idi. Bu gün Musa Qurbanlının günü idi. Onda hər şey alınırdı. Bizim üçün uğursuz gün idi. Rəqib üçün isə əksi oldu".

Baş məşqçi ilk yarıda qapalı futbol oynamaq istədiklərini diqqətə çatdırıb: "Birinci hissədə qol vurduq, amma sistem işləmirdi. Hücum xəttini gücləndirmək niyyətində olsaq da, əks effekt verdi. Qismət Alıyev zədəli olduğu üçün ikinci yarıda meydana buraxdıq. Keyta Hamidu da eyni durumdur. Onu da zədə səbəbindən ikinci hissədə əvəzlədik. Bir çox futbolçu bu gün ən zəif oyunlarını keçirdi. Rəqib də çox sürətli və dinamik çıxış edirdi. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasında asma yoxdur".

Mütəxəssis bu məğlubiyyətin komandada inamsızlıq yaratmayacağını deyib: "Hər baş məşqçinin karyerasında belə məğlubiyyətlər olur. Mən də özümü hazırlayırdım. Bu gün belə alındı. Qarşıda iki həlledici oyunumuz var. Bu gün üçün xala, qələbəyə ümidli idik. Amma reallıq odur ki, “Qarabağ” bizdən 2-3 baş üstündür".

Sadıqov son olaraq "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib: "Komanda möhtəşəm oynayır. Hazırda növbəti matç barədə düşünməlidirlər və qrupdan çıxmaq barədə danışmamalıdırlar".

Son xəbərlər

Orphus sistemi