"Real" Vinisiusun Səudiyyə Ərəbistanına mümkün satışı ilə bağlı mövqeyini açıqlayıb

"Real" Vinisiusun Səudiyyə Ərəbistanına mümkün satışı ilə bağlı mövqeyini açıqlayıb İspaniyanın "Real Madrid" futbol klubunun rəhbərliyi 24 yaşlı braziliyalı hücumçu Vinisius Juniorun Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı yayılan məlumatları şərh edib.
Futbol
14 fevral 2025 02:12
Real Vinisiusun Səudiyyə Ərəbistanına mümkün satışı ilə bağlı mövqeyini açıqlayıb

İspaniyanın "Real" klubunun rəhbərliyi 24 yaşlı braziliyalı hücumçu Vinisius Juniorun Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı yayılan məlumatları şərh edib.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın "Relevo" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub mediada yayılan xəbərlərdən narahatdır, lakin sakitliyini qoruyur. Belə ki, futbolçunun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Daha əvvəl Vinisius Juniorun Madrid təmsilçisi ilə müqavilə müddətini uzatmaqdan imtina etməsi və Səudiyyə Ərəbistanı klublarının ona maraq göstərməsi barədə məlumatlar yayılıb. “Real” onunla müqaviləni yeniləmək istəyir, ancaq hələlik yeni anlaşma ilə bağlı razılığa gələ bilməyib.

24 yaşlı forvard İspaniya çempionatında cari mövsüm 17 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi