"Real Madrid"in irqçiliyə məruz qalan futbolçusunun qırmızı vərəqəsi ləğv olunub
Futbol
- 24 may, 2023
- 05:03
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Real Madrid"in futbolçusu Vinisius Juniorun La Liqanın XXXV turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.
"Report" RFEF-nin rəsmi saytına istinadən xəbər verir ki, uzun müzakirələrdən sonra qərar qəbul olunub.
Qarşılaşmanın baş hakiminin insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirmədiyi səbəb kimi göstərilib.
Beləliklə, braziliyalı oyunçu bu gün "Rayo Valyekano" ilə görüşdə meydana çıxa bilər.
Qeyd edək ki, Vinisius Junior "Valensiya" ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Qarşılaşmanın sonlarında rəqib futbolçularla davada iştirak edən vinger birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Son xəbərlər
19:07
Foto
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
Daxili siyasət18:59
Foto
Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edilib - YENİLƏNİB
İnfrastruktur18:56
ABŞ və İsrail İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb
Region18:33
Foto
Azərbaycan BMT-nin Qadınların Statusu üzrə Komissiyasının iclasında təmsil olunur
Xarici siyasət18:22
Foto
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Xarici siyasət18:15
Foto
İtkin düşən 88 yaşlı kişi axtarılır
Hadisə18:10
Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib
Region17:53
Qətərdə sosial şəbəkələrdəki dezinformasiyaya görə 300-dən çox şəxs həbs edilib
Digər ölkələr17:48