"Real Madrid"in futbolçusuna qarşı irqçilik edən üç nəfər saxlanılıb

"Real Madrid"in futbolçusuna qarşı irqçilik edən üç nəfər saxlanılıb Bu barədə Valensiya İcmasının hökumət nümayəndəsi Pilar Bernabe məlumat verib
Futbol
23 May , 2023 15:20
Real Madridin futbolçusuna qarşı irqçilik edən üç nəfər saxlanılıb

İspaniya polisi "Real Madrid"in futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən üç nəfəri saxlayıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Valensiya İcmasının hüquqi nümayəndəsi Pilar Bernabe məlumat verib.

Onun sözlərinə görə, digər səbəbkarları müəyyən etmək üçün "Mestalya" stadionunun daxilindəki müşahidə kameralarına baxış keçirilir.

Qeyd edək ki, Vinisius Junior La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə irqçiliklə üzləşib. Qarşılaşma "yarasalar"ın minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Son xəbərlər

Orphus sistemi