"Real Madrid"in baş məşqçi postuna yeni namizəd

"Real Madrid"in baş məşqçi postuna yeni namizəd İtaliya "Yuventus"unun sabiq baş məşqçisi İspaniyanın "Real Madrid" futbol komandasına rəhbərlik edə bilər.
Futbol
30 Yanvar , 2021 17:50
Real Madridin baş məşqçi postuna yeni namizəd
Massimilano Alleqri

İtaliya "Yuventus"unun sabiq baş məşqçisi İspaniyanın "Real Madrid" futbol komandasına rəhbərlik edə bilər.

"Report"un "Sport.es" nəşrinə istinadən məlumatına görə, "kral klubu"nun prezidenti Florentino Peres 54 yaşlı mütəxəssisin Turin təmsilçisindəki fəaliyyətini çox bəyənib.

Hazırda Madrid komandasına Zinəddin Zidan rəhbərlik edir. Daha əvvəl Alleqrinin "Roma"nın sükanı arxasına keçə biləcəyinə dair xəbərlər yayılıb.

Qeyd edək ki, "Real Madrid" La Liqada 19 oyundan 40 xalla 2-ci pillədə gedir. Turnir cədvəlinə isə ehtiyatda bir oyunu olan "Atletiko" 49 xalla başçılıq edir.

Son xəbərlər

Orphus sistemi