Əli Fakih: İstixana qazlarının azaldılmasını stimullaşdırmaq üçün mexanizmlər yaratmaq lazımdır

Əli Fakih: İstixana qazlarının azaldılmasını stimullaşdırmaq üçün mexanizmlər yaratmaq lazımdır Ətraf mühitin çirklənməsi ilə effektiv mübarizə çoxtərəfli yanaşma tələb edir.
COP29
27 May , 2024 13:07
Əli Fakih: İstixana qazlarının azaldılmasını stimullaşdırmaq üçün mexanizmlər yaratmaq lazımdır

Ətraf mühitin çirklənməsi ilə effektiv mübarizə çoxtərəfli yanaşma tələb edir.

Bunu "Report"a açıqlamasında Atlantik Şurasının elmi işçisi Əli Fakih deyib.

Onun sözlərinə görə, bura tullantıların idarə olunması sistemlərinin təkmilləşdirilməsi, təkrar emalın təşviq edilməsi və ekoloji cəhətdən zərərli tullantıların utilizasiyası üsullarına qarşı sərt qaydaların tətbiqi, eləcə də ictimaiyyətin çirklənmənin nəticələri barədə maarifləndirilməsi daxildir: “İnkişaf etməkdə olan ölkələri “yaşıl enerji”dən istifadəyə təşviq etmək üçün beynəlxalq əməkdaşlıq, maliyyə dəstəyi, maraqlı tərəflərin cəlb edilməsi və tədqiqat çox vacibdir”.

Ə.Fakih inkişaf etmiş ölkələri texnologiya və bilikləri paylaşmağa, maliyyə institutlarını isə “yaşıl layihə”lərin həyata keçirilməsi üçün kreditlər və qrantlar verməyə təklif edir: “Keçmişdə görülən sənayeləşmənin tələlərindən qaçmaq üçün davamlılığın hökumət planlarına inteqrasiyasına da ehtiyac var”.

Alim qeyd edib ki, ölkələri emissiyaları azaltmağa və iqlim dəyişikliyinin yumşaldılması üzrə qlobal səylərə töhfə verməyə təşviq edən mexanizmlərin yaradılması zəruridir: “Bura bərpa olunan enerjiyə keçidin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması və dayanıqlı inkişafla bağlı təcrübələrin təşviqi daxil ola bilər”.

Son xəbərlər

Orphus sistemi