Ralf Ranqnik: "Azərbaycan millisinin nəyə qadir olduğunu bilirdik"

Futbol
  • 16 oktyabr, 2023
  • 18:23
Ralf Ranqnik: Azərbaycan millisinin nəyə qadir olduğunu bilirdik

"Matç asan keçmədi. Rəqibin nəyə qadir olduğunu bilirdik".

"Report" xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Bakıda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra deyib.

Almaniyalı mütəxəssis Azərbaycan millisini təhlil etdiklərini bildirib: "Ancaq qələbəyə köklənmişdik. Buna da nail olduq".

Ranqnik oyunçuların qələbədən sonra mahnı oxuduğunu söyləyib: "Öz üzərimizdə işləməli və daha da irəli getməliyik. Kollektivdə hər şey yaxşıdır. Futbolçular bir-birilərini başa düşürlər".

Baş məşqçi meydanda mübahisələrin normal olduğunu bildirib: "Biz bunu dəfələrlə görmüşük. Oyunçular bəzən özlərindən çıxırlar".