Qurban Qurbanov: "Bizi ciddi rəqib və ciddi oyun gözləyir"

Qurban Qurbanov: "Bizi ciddi rəqib və ciddi oyun gözləyir" "Futbolçularımı təbrik edirəm . Vacib qələbə qazandıq. "Sabah" a qarşı 2 yoxlama matçı keçirmişdik. Çox aqressiv və sürətli komandadır. 3 gün sonra vacib oyunumuz olsa da, fikrimiz bu matçda idi. Maraqlı oyun alındı".
Futbol
22 Avqust , 2020 22:22
Qurban Qurbanov: Bizi ciddi rəqib və ciddi oyun gözləyir
Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm . Vacib qələbə qazandıq. "Sabah"a qarşı 2 yoxlama matçı keçirmişdik. Çox aqressiv və sürətli komandadır. 3 gün sonra vacib oyunumuz olsa da, fikrimiz bu matçda idi. Maraqlı oyun alındı".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı günlərdə yeni transfer ola bilər: "Amma dəqiq deyil. Çünki indi hansısa oyunçunu razı salmaq çətindir. Hamı öz ailəsini qorumağa, ölkəsində oynamağa üstünlük verir".

Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"i ilə Bakıda keçirəcəkləri oyuna da toxunub: "Əvvəllər "Şerif"lə iki dəfə qarşılaşsaq da, rəqibə ciddi yanaşırıq. Komandanın oyununa baxdım. Baş məşqçiləri xorvatiyalıdır. Bizi ciddi rəqib və ciddi oyun gözləyir".

Son xəbərlər

Orphus sistemi