"Qızıl top" mükafatının qalibi bəlli olub
Futbol
- 17 oktyabr, 2022
- 19:55
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu mükafata İspaniya "Real Madrid"inin hücumçusu Kərim Benzema layiq görülüb.
Fransalı forvard karyerası ərzində ilk dəfə sözügedən titula sahib çıxıb.
35 yaşlı futbolçuya mükafatı həmyerlisi, Fransa millisinin əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidan təqdim edib.
Qeyd edək ki, Kərim Benzema ötən mövsüm "kral klubu" ilə İspaniya çempionu və Çempionlar Liqasının (ÇL) qalibi olub. Madrid təmsilçisi cari mövsümün əvvəlində isə UEFA Super Kubokunu qazanıb.
Bundan başqa, təcrübəli forvard ötən mövsüm İspaniya La Liqasında 32 oyuna 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ÇL-də isə 15 qol vurub, 2 məhsuldar ötürmə edib.
Son xəbərlər
11:31
FAO rəsmisi: "Bu ili əhatə edən iş planının icrası üçün 1 milyon dollardan çox vəsait tələb olunur"
ASK11:29
"Legion Financial" istiqraz buraxmaq istəyir
Maliyyə11:24
Bu gün Suraxanıda işıq kəsiləcək
İnfrastruktur11:20
Milli Məclisin komitəsi Hesablama Palatasının hesabatını müzakirə edəcək
Milli Məclis11:20
"Mədəniyyət haqqında" qanuna dəyişikliklər III oxunuşda qəbul edilib
Milli Məclis11:19
"Sabah"ın U-18 komandası Çempionlar Liqasında "Borats"la qarşılaşacaq
Komanda11:18
ADB: "Azərbaycanda inflyasiya mülayim olaraq qalır"
Maliyyə11:16
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub
Milli Məclis11:16