"Qəbələ" Kiprin "Omoniya" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün 26 futbolçu sifariş verib.
Əyalət təmsilçisindən "Report"a verilən məlumata görə, bunlardan 4-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
Qapıçılar: 1. Rəşad Əzizli, 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov
Müdafiəçilər: 2. İlkin Qırtımov, 3. Zurab Oçiqava, 4. Lukas Afriko, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 24. Xəyal Xudaverdiyev, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 34. Urfan Abbasov
Yarımmüdafiəçilər: 6. Feras Abu Akal, 8. Gilad Avramov, 9. Əyyub Əllaş, 11. Asif Məmmədov, 18. Mehrac Baxşalı, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya
Hücumçular: 7. Emil Səfərov, 90. Omar Hani, 14. Ülvi İsgəndərov, 17. Yaovi Akakpo, 71. Sənan Ağalarov, 72. Osama Xalayla
Qeyd edək ki, "Qəbələ" "Omoniya"ya qarşı ilk matçını iyulun 27-də evdə keçirəcək. Cavab görüşü bir həftə sonra səfərdə olacaq.