"Qəbələ" braziliyalı hücumçunun transferini həll etdi

"Qəbələ" braziliyalı hücumçunun transferini həll etdi "Qəbələ" klubu Braziliyanın B Seriyasında çıxış edən"Parana" komandasının futbolçusu Rafael Alemaonun keçidini həll etmək üzrədir.
Futbol
24 Avqust , 2020 11:05
Qəbələ braziliyalı hücumçunun transferini həll etdi
Rafael Alemao

"Qəbələ" klubu Braziliyanın B Seriyasında çıxış edən "Parana" komandasının futbolçusu Rafael Alemaonun keçidini həll etmək üzrədir. 

Bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisi 24 yaşlı hücumçu ilə danışıqların müsbət yekunlaşacağını bildirib: "Alemao öz klubu ilə məsələsini necə həll edir, onu bilmirəm. Hansısa problem çıxmasa, transferi gerçəkləşəcək. Ümid edirik ki, Premyer Liqanın II turuna qədər o, Azərbaycana gələcək".

Qeyd edək ki, Rafael Alemao "Parana"nin yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. "Qəbələ" daha əvvəl "Vitoriya"nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının I turunda evdə "Zirə" ilə heç-heçə edib - 1:1. 

Son xəbərlər

Orphus sistemi