"Qəbələ"nin ilk məğlubiyyəti, "Qarabağ" vahid lider olub

"Qəbələ"nin ilk məğlubiyyəti, "Qarabağ" vahid lider olub Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Futbol
3 Oktyabr , 2021 20:54
Qəbələnin ilk məğlubiyyəti, Qarabağ vahid lider olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Qarabağ" "Qəbələ"nin qəbul edib. "Azersun Arena"da keçirilən mərkəzi qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər 2 qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir hesabı açıb. 66-cı dəqiqədə isə Ramil Şeydayev görüşdə son nöqtəni qoyub. Bu, "Qəbələ"nin cari mövsümdə ilk məğlubiyyəti olub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Qırmızı-qaralar" isə 11 xalla 3-cü pilləyə geriləyib.

Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi