"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırıb

Futbol
  • 30 avqust, 2019
  • 09:50
Qarabağ legioner futbolçusu ilə yollarını ayırıb

"Qarabağ" klubu futbolçusu Con Delarjla yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı konqolu hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2018-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Con Delarj əsas komanda ilə 19 oyunda meydanda olub və 3 qol vurub. Onunla 2+1 il şərti ilə sözləşmə imzalanmışdı.