"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub
Futbol
- 11 oktyabr, 2022
- 12:57
Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu öncəsi heyətə yeni futbolçu dəvət edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis müdafiəçi Aleksis Kalogeropulos əsas komanda ilə məşqlərə cəlb olunub.
18 yaşlı arxa xətt oyunçusu Pirey təmsilçisinin UEFA-ya göndərdiyi sifariş ərizəsinin B siyahısında yer alıb. Lakin gənc futbolçunun Bakıya gətirilib-gətirilməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Son xəbərlər
13:53
Ötən gün 10 nəfər dələduzluğa görə saxlanılıb
Hadisə13:39
Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 16 %-dən çox azaldıb
Biznes13:31
Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: "Dağlara Allahın köməyi ilə gedirəm" - MÜSAHİBƏ
Fərdi13:30
Oğurladığı mopedi 485 manata satan şəxs saxlanılıb
Hadisə13:23
S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib
Maliyyə13:22
Qətərin Baş naziri Qəzza ilə bağlı danışıqların hazırkı mərhələsini "kritik" adlandırıb
Digər ölkələr13:18
Qvadelupada Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb, 10 nəfər ölüb
Digər ölkələr13:14
"Ehtiyat zabit hazırlığı kursu"na qəbul elan edilib
Daxili siyasət13:03