"Qarabağ"ın U-12 komandası Qazaxıstandakı beynəlxalq turnirə qələbə ilə başlayıb

Futbol
  • 06 dekabr, 2025
  • 14:05
Qarabağın U-12 komandası Qazaxıstandakı beynəlxalq turnirə qələbə ilə başlayıb

"Qarabağ"ın U-12 komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

"Report"un yerli bürosunun məlumatına görə, Ağdam təmsilçisi "Kızıljar" (Qazaxıstan) komandasını 2:0 hesabı ilə məğlub edib.

"Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov "Report"a açıqlamasında belə oyunların gənc futbolçuların beynəlxalq təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

Şöhrət Yusifov

"Oyunun nəticəsi o qədər də əhəmiyyətli deyil. Bu yaşda uşaqların texniki-taktiki inkişafı daha vacibdir".

Onun sözlərinə görə, turnirdən gözləntilər uşaqların inkişafı ilə bağlıdır. Çünki hər bir oyun onlar üçün təcrübədir:

"Uşaqlar yaxşı oyun nümayiş etdirə bilsələr, düşünürəm ki, ən azı turnirin mükafatçıları olacaqlar".

Qeyd edək ki, Azərbaycan komandası beynəlxalq yarışda ümumilikdə 6 oyun keçirəcək. Qazaxıstan, Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistan təmsilçilərinin yer aldığı turnirə dekabrın 8-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti