"Qarabağ"ın sabiq futbolçusu Slovakiya klubu ilə anlaşıb
Futbol
- 05 yanvar, 2018
- 12:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 yanvar. REPORT.AZ/ “Qarabağ”ın sabiq futbolçusu Reynaldo da Silva karyerasını Slovakiyanın “Spartak” klubunda davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Trnava təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanın baş məşqçisi Nestor El Maestro 29 yaşlı hücumçu barədə xoş sözlər deyib. O, braziliyalının liqaları üçün bəlli keyfiyyətlərə malik yaxşı oyunçu olduğunu söyləyib: “Son 6 ayda heç bir matçda meydana çıxmayıb. Bu, problem olsa da, oxşar təcrübəmiz var. Yasin Pehlivan bütün il ərzində oynamamışdı. Hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, Reynaldo 2013 - 2016-cı illərdə “Qarabağ”da çıxış edib. O, yay fasiləsində Türkiyə təmsilçisi “Adanaspor”dan ayrıldıqdan sonra klubsuz qalmışdı.
Son xəbərlər
16:36
Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclis
16:32
Foto
Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
Ekologiya
16:29
Foto
Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verilib
Elm və təhsil
16:29
Bakının Qızıldaş qəsəbəsində KES tikintisinə torpaq sahəsi ayrılıb
Energetika
16:27
Foto
Azərbaycan Avropa Komissiyası ilə beynəlxalq dəhlizlərə dair əməkdaşlığı müzakirə edib
İnfrastruktur
16:26
Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib
Energetika
16:24
Azərbaycan Premyer Liqası: "Şəfa" "İmişli"ni məğlub edib
Futbol
16:17
Hörmüz boğazından keçən tanker minaya düşüb
Region
16:10
"Real" futbolçusu Braim Diasla müqavilənin müddətini uzadıb
Futbol