"Qarabağ"ın rəqibi UEFA-nın qərarına sevinir

"Qarabağ"ın rəqibi UEFA-nın qərarına sevinir Norveç "Molde"si Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunun Kiprin Larnaka şəhərinə salınması qərarına münasibət bildirib.
Futbol
9 Sentyabr , 2020 22:02
Qarabağın rəqibi UEFA-nın qərarına sevinir

Norveç "Molde"si Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunun Kiprin Larnaka şəhərinə salınması qərarına münasibət bildirib.

"Report"un məlumatına görə, klubun direktoru Ole Erik Stavrum "Sporten.com" nəşrinə açıqlamasında bunun ən yaxşı həll yolu olduğunu söyləyib.

Onun sözlərinə görə, Kipr pandemiya baxımından sarı zonadır və gediş-gəliş zamanı komanda üzvləri karantinə alınmayacaqlar: "Amma vəziyyət dəyişə də bilər. Biz hər şeyə hazırıq. İstənilən halda, qərara görə sevinirik. Çünki uçuş və hotel rezervasiyası barədə düşünməyə vaxtımız olacaq".

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Bu raundun oyunları 22-23 və 29-30 sentyabr tarixlərində olacaq.

Son xəbərlər

Orphus sistemi