Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərinin sayı azalıb.
"Report"un məlumatına görə, bu, II təsnifat mərhələsindəki oyunlardan sonra gerçəkləşib.
Ağdam təmsilçisinin potensial rəqibləri “Riqa” (Latviya) və “Tre Fiori”nin (San Marino) matçı küləyə görə təxirə salınıb. Cütün qalibi III təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandası ilə üz-üzə gəlməlidir. Həmin cüt isə pley-offda "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.
Azərbaycan çempionu püşkatmada səpələmişlər səbətində yer alacaq.
Ermənistanın "Ararat Armeniya" klubu növbəti mərhələyə yüksəlsə də, Azərbaycan təmsilçisinin mümkün rəqiblərinin siyahısına daxil edilməyəcək.
“Qarabağ”ın mümkün rəqibləri:
“Sarayevo” (Bosniya və Herseqovina) / “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) / “Dandolk” (İrlandiya) cütünün qalibi
Təxirə salınmış “Riqa” (Latviya) / “Tre Fiori” (San-Marino) cütünün qalibi /“Seltik” (Şotlandiya) cütünün qalibi
“KuPs” (Finlandiya) / “Suduva” (Litva) cütünün qalibi
“Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi
“Klasksvik” (Farer adaları) / “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) / ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) / “Flora” (Estoniya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün Avropa Liqasında mübarizəyə davam edir.