"Qarabağ"ın məşqçisi "Marsel"in oyununu stadiondan izləyib

"Qarabağ"ın məşqçisi "Marsel"in oyununu stadiondan izləyib "Qarabağ" rəsmiləri Fransa Liqa 1-in XXI turunda keçirilmiş "Marsel" - "Lill" matçını stadiondan izləyiblər.
Futbol
1003
18 Yanvar , 2022 11:33
Qarabağın məşqçisi Marselin oyununu stadiondan izləyib

"Qarabağ" rəsmiləri Fransa Liqa 1-də XXI turun "Marsel" - "Lill" matçını stadiondan izləyiblər.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, səfərdə baş menecer Asif Əsgərov, menecer Fərid Ağayev və video-analitik məşqçi Yanuş Vasilyev iştirak ediblər.

Abbaszadə menecerlərin səfərdə iştirakının əsas məqsədinin təşkilatı məsələlər olduğunu söyləyib: "Vasilyev isə rəqibin oyununu izləyib və baş məşqçiyə məlumat verib".

Əsgərov isə şəxsi tviter hesabında səfər proqramı üçün Marsel hazırlıqlarının bitmək üzrə olduğunu yazıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi